Azərbaycanda məhkəmə hakimlərinin stajı artırılır
“Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişiklik təklif edilir.
"Report"un xəbərinə görə, dəyişikliklə hakim vəzifələrinə təyin edilmiş hakimlərin hüquqşünas ixtisası üzrə əvvəlki iş stajı onların hakimlik stajına hesablanacaq.
Qeyd edək ki, layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilib və parlamentin sentyabrın 30-da baş tutacaq plenar iclasına tövsiyə olunub.