"Qarabağ" - "Bazel" matçının biletləri BOS-da da satılır


Bakıda "Qarabağ" və İsveçrənin "Bazel" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyununa 15 000 bilet satılıb.


Bu barədə klubdan məlumat verilib.

Onun sözlərinə görə, bilet satışı hazırda da davam edir: "Biletləri matçın oynanılacağı Bakı Olimpiya Stadionundan da əldə etmək mümkündür. Biletlər stadion ərazisində yerləşən "Info Center"də satışa çıxarılıb. Məqsədimiz odur ki, gələn azarkeşlər stadion ərazisində də bilet alıb, rahat içəri keçə bilsinlər".

Qeyd edək ki, "Qarabağ" - "Bazel" oyunu saat 20:45-də başlayacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu