İranın xarici işlər naziri sabah Nyu-Yorka gedəcək
İranın xarici işlər naziri Hüseyn Əmir-Abdollahian BMT Baş Assambleyasının 76-cı sessiyasında iştirak etmək üçün sabah Nyu-Yorka gedəcək.
Bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Səid Xatibzadə məlumat verib.
"Abdolahian Nyu-Yorkda 42 ölkədən olan nazir və nazir müavinləri görüş keçirəcək", - XİN rəsmisi deyib.