İran XİN başçısı Pakistana gedəcək


İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Pakistana səfər edəcək.


“Report” xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, səfər Pakistan xarici işlər naziri Cəlil Abbas Cilaninin dəvəti ilə baş tutacaq.

Nazirlərin ikitərəfli münasibətləri müzakirə edəcəkləri gözlənilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu