İranın xarici işlər naziri Bakıya səfər edəcək
İranın xarici işlər naziri Hüseyn-Əmir Abdullahian Qoşulmama Hərəkatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında iştirak etmək üçün Azərbaycana səfər edəcək.
Bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Naser Kənani bildirib.
Nasser Kanani qeyd edib ki, səfər zamanı Abdullahian azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək.