Rusiya Prezidenti ABŞ-ın təşəbbüsü ilə keçirilən sammitdə iştirak etməyəcək


Rusiya Prezidenti Vladimir Putin ABŞ-ın təşkilatçılığı ilə koronavirus pandemiyası ilə mübarizəyə dair keçiriləcək qlobal sammitə qatılmayacaq.


“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov deyib.

O bildirib ki, V.Putinin həmin zirvə görüşündə iştirak etməklə bağlı planı yoxdur: "Rusiyanın tədbirdə iştirakı diplomatik kanallarla müəyyən ediləcək".

Qeyd edək ki, sentyabrın 22-də ABŞ-ın sədrliyi ilə koronavirus pandemiyası ilə mübarizəyə dair qlobal sammit keçiriləcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu