Çıxışı qalmaqala səbəb olan direktor icra başçısının həyat yoldaşı imiş - VİDEO


Bakıda məktəb direktorlarından birinin sosial şəbəkədə çıxışı yayılıb.


Şagird və valideynlərin qarşısında çıxış edən orta məktəb direktoru 27 sentyabr “Anım gününə” “Zəfər günü”, 44 günlük II Qarabağ müharibəsinə isə 24 günlük müharibə deyib.

Bizimxeber.az-ın araşdırmasına görə, 27 sentyabr “Anım gününə” “Zəfər günü”, 44 günlük Vətən müharibəsinə isə 24 günlük müharibə deyən Binəqədi rayonu E.Sultanov adına 217 N-li tam orta məktəbin direktoru Bənövşə Cəfərovadır.

Məlumata görə, Bənövşə Cəfərova Samux rayon icra başçısı Alı Qocayevin həyat yoldaşıdır.

1950-ci il təvəllüdlü Bənövşə Cəfərovanın 71 yaşı var.

Sosial şəbəkələrdə bu çıxışına görə məktəb direktoru tənqid edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu