Niyaməddin Əhmədovun səhhəti ilə bağlı açıqlama
AXCP sədrinin mühafizəçisi Niyaməddin Əhmədovun həbsdə aclıq aksiyası keçirməsi ilə bağlı məlumatlar yayılıb.
Tanınmış siyasi fəal Nigar Həzi bildirib ki, N.Əhmədov artıq 9 gündür ki, aclıq aksiyası keçirir. Onun sözlərinə görə, həmin şəxs ona prokuror tərəfindən istənilmiş 15 il həbs cəzasına etiraz edir: "Artıq aclıq günləri onun həyatını təhlükəyə atıb”.
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin mətbuat katibi Mehman Sadıqov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, N.Əhmədovun aclıq aksiyası keçirməsi ilə bağlı deyilənlər həqiqətə uyğun deyil: “Həmin şəxs acliq aksiyası keçirmir, səhhətində də hər hansı narahatlıq yoxdur. Hazırda vəziyyəti normal, qaydasındadır”.
Qeyd edək ki, sonuncu məhkəmə iclasında prokuror çıxış edərək N.Əhmədova 15 il azadlıqdan məhrum edilməsini istəyib. O, terrorçuluğu maliyyələşdirməkdə ittiham edilir.