Konfrans Liqasında həftənin ən yaxşı qolunu "Qarabağ"ın legioneri vurub


UEFA Konfrans Liqasında qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin ən yaxşı qolu müəyyənləşib.


Azarkeşlər arasındakı səsverməyə əsasən, "Qarabağ"ın futbolçusu Kadi Borgesin Kiprdə "Omoniya"ya vurduğu ilk qol ən yaxşı seçilib.

Matçda dubla imza atan braziliyalı oyunçu 52-ci dəqiqədə uzaq məsafədən baxımlı qola imza atıb.

Qeyd edək ki, "Qarabağ" rəqibini 4:1 hesabı ilə məğlub edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu