"Qarabağ"ın futbolçusu həftənin ən yaxşısı adına namizəd oldu


UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.


Qol.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, siyahıda "Qarabağ"ın monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç də yer alıb. Digər 3 namizəd isə "Fiorentina"dan Luka Yoviç, Kiprin AEK-indən Anxel Qarsiya və "Trabzonspor"dan Trezegedir.

Qeyd edək ki, Yankoviç ötən gün Bakıda "Gent"ə (Belçika) 1:0 hesabı ilə qalib gəldikləri matçda qol ötürməsi edib. Onun görüş ərzindəki ötürmələrinin 67 faizi dəqiq alınıb.

Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu