Kəmaləddin Heydərovun rəhbərlik etdiyi federasiyada idmançıların maaşı kəsildi


Azərbaycan Taekvando Federasiyası Olimpiadada uğursuzluğa görə idmançıların maaşlarını 70 faiz kəsib.


Bu barədə "Qafqazinfo”ya dünya çempionu Milad Beiqi Harçeqani deyib.

O bildirib ki, Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra maaşının 70 faizi kəsilib: "Bəli, uğursuzluğa görə maaşımın 70 faizini kəsiblər”.

Milad "bundan narazısınızmı” sualına belə cavab verib: "Bağışlayın, çox şeyi deyə bilmərəm”.

Qeyd edək ki, Azərbaycan Taekvando Federasiyasının Prezidenti, fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu