Qadın güləşçilərimiz mübarizəyə başlayır


Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bu gün Azərbaycanın iki qadın güləşçisi mübarizəyə başlayacaq.


50 kq çəki dərəcəsində çıxış edən Türkan Nəsirova 1/16 finalda Belarus təmsilçisi Natalya Varakina ilə, 65 kq-dakı Elis Manolova isə fransalı Kumba Larrokla üz-üzə-üzə gələcək.

Digər qadın güləşçi Alyona Kolesnik (59 kq) oktyabrın 6-da yarışa qoşulacaq.

Bu gün həmçinin sərbəst güləşçisi Turan Bayramov (70 kq) bürünc medal uğrunda qarşılaşmaya qatılacaq. Onun rəqibi təsəlliverici görüşlərdən sonra bəlli olacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu