Dünya Kuboku: Azərbaycan güləşçiləri 1 qızıl və 3 bürünc medal qazana bilər


Serbiyanın paytaxtı Belqradda keçirilən Fərdi Dünya Kubokuna bu gün yekun vurulacaq.



"Report"un məlumatına görə, yarışın sonuncu günündə Azərbaycanın 4 sərbəst güləşçisi tatami üzərinə çıxacaq. 61 kq çəki dərəcəsində Əhmədnəbi Qvarzatilov finalda Abashacı Məhəmmədovla (Rusiya) üz-üzə gələcək.

3 qat dünya və 3 qat Avropa çempionu Hacı Əliyev (65 kq) bürünc meda uğrunda görüşdə İlman Muxtarov (Fransa) / Niurqun Skryabin (Belarus) cütünün qalibi ilə qarşılaşacaq.

Yarımfinalda uduzan digər güləşçi Şamil Zubairov (97 kq) bürünc medal əldə etmək üçün Ahmed Batayevin (Bolqarıstan) müqavimətini qırmağa çalışacaq.

Rəşad Yusifli (79 kq) isə təsəlliverici qarşılaşmada Vasile Minjala (Rumıniya) ilə güləşəcək.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən İslambek Dadov (67 kq) gümüş, Eldəniz Əzizli (55 kq) və Beka Kandelaki (130 kq) bürünc, qadın güləşçilərdən isə Elis Manolova (65 kq) bürünc medal qazanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu