Türkiyə səfiri Polad Həşimovun anasını ziyarət etdi - FOTOLAR


Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı şəhid Milli Qəhrəman, general-mayor Polad Həşimovun anasını ziyarət edib.


Bu barədə məlumatı türkiyəli səfir öz tviter hesabında paylaşıb.

“Şəhid general Polad Həşimovun anası Səmayə xanımı ziyarət etdik, əlini öpdük. Ona Türkiyə bayrağını hədiyyə etdik və xeyir-duasını aldıq. Allah türk millətini qorusun. Səmayə xanım dedi ki, cənab Ərdoğana və türk millətinə salamlarımı çatdırın. Baş üstə”, - deyə səfir qeyd edib.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu