Cahid Bağçıdan Polad Həşimovla bağlı paylaşım


Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini — Qərargah rəisi Polad Həşimovun xatirəsini yad edib.


AFN.az xəbər verir ki, bu barədə o, “Twitter” hesabında paylaşım edib:

“Şəhidliyi ilə Qarabağ Zəfərinin ocağını alovlandıran qəhrəman komandir, general Polad Həşimovu şəhidliyinin 2-ci ilində rəhmətlə yad edirik. Səmayə anaya, qardaşına, bacısına, yoldaşına, övladlarına, silahdaşlarına, qəhrəman Azərbaycan ordusuna və xalqına başsağlığı veririk”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu