4 nəfərin ölümünə səbəb olan iş adamının məhkəməsi təxirə salınıb


Bakı Ağır Cinayətlər Məhkəməsində Novxanı-Sumqayıt yolunda avtomobillə qəza törədək 4 nəfərin ölümünə səbəb olan iş adamı, “Əlincə” futbol klubunun prezidenti Elşad Kəlbəliyevin cinayət işi üzrə keçirilməli olan məhkəmənin hazırlıq iclası təxirə salınıb.


Hakim İlham Mahmudov sədrliyi ilə keçirilən iclasda elan olunub ki, ittiham aktı təqsirləndirilən şəxsə 2 gün əvvəl verilib.

Hakim bildirib ki, qanuna görə, ittiham aktı hazırlıq iclasından azı bir həftə əvvəl təqsirləndirilən şəxsə təqdim olunmalıdır. Hakim bu əsasla prosesi oktyabrın 12-ə təyin edib.

Qeyd edək ki, “Qurtuluş 93” yaşayış kompleksinin sahibi Məhərrəm Novruzovun kürəkəni olan E.Kəlbəliyev Cinayət Məcəlləsinin 263-1.4 (ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə ittiham olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu