28 May Respublika Gününün adı dəyişdirilərək Müstəqillik Günü elan edilir


Azərbaycanda 28 May Müstəqillik Günü və 18 Oktyabr Müstəqilliyin Bərpası Günü hər il bayram kimi qeyd ediləcək.


"Report" xəbər verir ki, bu, “Müstəqillik Günü haqqında” qanun layihəsində əksini tapıb.

İndiyə qədər Azərbaycanda 28 May Respublika Günü kimi qeyd edilirdi. Yeni qanun layihəsinə əsasən, 28 May Respublika Gününün adı dəyişdirilib və bundan sonra Müstəqillik Günü kimi qeyd ediləcək.

Qanun layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçiriləcək iclasında müzakirə olunacaq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu