Ramzan Kadırov qızını mədəniyyət naziri təyin edib
![](/uploads/posts/2021-10/1633704621_2ed69da1-717a-37a6-a442-c81a53b826cc_850.jpg)
Çeçenistanın başçısı Ramzan Kadırovun qızı Aişat Kadırova ölkənin mədəniyyət naziri təyin edilib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkə parlamentinin spikeri Moqimed Daudov rəsmi instaqram hesabında yazıb:
“İnanıram ki, o, bu vəzifədə daha ciddi nəticələr əldə edəcək və qarşıya qoyulan vəzifələrin öhdəsindən gələcək”, - o qeyd edib.
Qeyd edək ki, 1998-ci ildə anadan alan Aişat Kadırova Çeçenistan Dövlət Universitetini bitirib. O, indiyədək mədəniyyət nazirinin birinci müavini vəzifəsində çalışırdı.