Bakı Zooloji Parkına giriş qiymətləri açıqlandı


IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Bakı Zooloji Parkında qapalı məkanlara, akvaterrariuma və restoranlara girişdə COVID-19 pasportu tələb olunacaq.


Bu barədə Bakı Zooloji Parkının icraçı direktoru Nəzakət İsayeva bildirib.

Onun sözlərinə görə, zooparkda kassa hər gün səhər saat 10:00-dan axşam saat 17:30-a kimi açıq olacaq.

Parka giriş qiyməti böyüklər üçün 5 manat, kiçiklər üçün 2 manat, şəhid ailələri üçün pulsuz, qazillər, I, II, III qrup Vətən müharibəsi əlilləri, şagird və tələbələr üçün güzəştli olacaq. 3 yaşa qədər uşaqlar isə pulsuz yararlana biləcəklər.

N.İsayeva bildirib ki, ümumiyyətlə zooparkın ərazisi iki dəfə böyüdülərək 4,25 hektara çatdırılıb: “Parkda 125 heyvan növü var. Onlardan 62-si akvaterrariumdadır. Zooparkda “Qırmızı kitab”a düşən heyvan növləri də var. Nəsli kəsilməkdə olan heyvanların çoxaldılması və təbiətə buraxılması üçün gələcəkdə layihələr olacaq”.

Zooparkın icraçı direktoru bildirib ki, gün ərzində uşaqların zooparkı ziyarəti davam edəcək. Onlar burada məskunlaşan vəhşi heyvanlarla tanış olub maraqlı anlar keçirəcəklər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu