Elnur Əşrəfoğlunun son vəziyyəti ilə bağlı AÇIQLAMA
Tanınmış jurnalist Elnur Əşrəfoğlunun vəziyyəti ağır kritik olaraq qalmaqdadır.
AFN-in məlumatına görə, bu barədə “Yeni Klinika” açıqlama yayıb.
Qeyd edək ki, 47 yaşlı jurnalist sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan E.Əşrəfoğlu daha sonra “Yeni Klinika”ya köçürülüb. O, ötən gün ECMO cihazından ayrılıb.