Elnur Əşrəfoğlu vəfat etdi


Tanınmış jurnalist Elnur Əşrəfoğlu vəfat edib.


AFN xəbər verir ki, bu barədə "Yeni Klinika" məlumat yayıb.

Bildirilib ki, həkimlərin səyinə baxmayaraq Elnur Əşrəfoğlu koronavirus səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, 47 yaşlı jurnalist sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan E.Əşrəfoğlu daha sonra "Yeni Klinika"ya köçürülüb. O, oktyabrın 11-də ECMO cihazından ayrılıb.

Xatırladaq ki, tanınmış jurnalistin axırıncı iş yeri Azərbaycan Cüdo Federasiyası olub. O, Azərbaycan Cüdo Federasiyasının baş katibinin müavini, eyni zamanda, idman qurumunun mətbuat xidmətinin rəhbəri olub.

Allah rəhmət etsin!



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu