“Azerçay” “Doğma Fermerlər” layihəsini təqdim edib - VİDEO


İllərdir yüksək keyfiyyəti ölkəmizi dünyanın müxtəlif ölkələrində yüksək səviyyədə təmsil edən “Azerçay” bu dəfə “Doğma fermerlər” layihəsini ictimaiyyətə təqdim edib.


Həyata keçirilmiş layihə çərçivəsində, Lənkəran və Astara rayonlarında uzun illərdir çayçılıqla məşğul olan fermerlər və Masallı rayonunda “Azerçay”a məxsus çay plantasiyalarında çalışan şirkət əməkdaşları ilə vieoçarx hazırlanıb. 100 faiz təbii çayın yetişdirilməsində bilavasitə iştirak edən qəhraman fermerlər müsahibə verərək təcrübələrini paylaşıblar. 12 oktyabr – Fermerlər Gününə həsr olunmuş “Doğma fermerlər” layihəsinin əsas məqsədi ölkəmizdə qədim ənənələrə malik çayçılığın qorunub saxlanılması və inkişaf etdirilməsində yaxından iştirak edən peşəkarlara təşəkkür bildirərək, onları geniş ictimaiyyətə tanıtmaqdır.

Qeyd edək ki, dünyanın 40-dan artıq ölkəsində “Made in Azerbaijan” yazısını üzərində daşıyaraq ölkəmizi layiqincə təmsil etməkdən qürur duyan doğma çayımız “Azerçay” bu istiqamətdə silsilə layihələr reallaşdırmağa davam edəcək.

Videoları “Azerçay” markasının Youtube kanalına daxil olaraq izləyə bilərsiniz




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu