“Baku-Oxford School”da koronavirusa yoluxma: 17 nəfər karantinə alındı


"Baku-Oxford School” şagirdlər arasında koronavirusa yoluxmanın qeydə alınması ilə bağlı məsələyə münasibət bildirib.


Məktəbdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, təhsil müəssisəsində yoluxma qeydə alınıb: "Bu səbəbdən "8 b” sinfində təhsil alan 16 şagird və bir müəllim karantinə alınıb. Yoluxmuş şagirdlər barədə məlumat gələn kimi bu haqda Səbail rayonunun Gigiyena və Epidemialoji Mərkəzinə məlumat verilib.

Bildiyiniz kimi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Təhsil Nazirliyi, həmçinin Respublika Gigiyena və Epidemialoji Mərkəzinə məlumat bir qədər gec çatır. Biz onlardan təsdiq aktı alana qədər bir həftə keçəcəkdi ki, biz bu sinifləri bağlayaq və yoluxma artacaqdı. Dünən yoluxan şagirdlər haqqında məlumatı əldə edən kimi biz TƏBİB, Təhsil Nazirliyi yaxud GEM-i gözləmədik, hətta onları özümüz məlumatlandırdıq və GEM-in razılığı ilə sinifləri bağladıq.

Keçən dəfə 9-cu siniflərdə də biz bu halı yaşadıq. Sonradan GEM bizə akt verdi. Hazırda bir sinifdə 16 nəfər olmaqla və bir müəllim karantina alınıb. İki həftədən sonra biz sinfi açacağıq. GEM-in aktını da bizə sabah e-mail vasitəsilə göndərəcəklər”.

Təhsil eksperti Kamran Əsədov isə bildirib ki, təhsil müəssisələrində əyani tədrisin bərpası edilməsi koronavirusa yoluxma sayına təsir etməsi gözlənilən idi:

"Özəl və dövlət təhsil müəssisələri Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydaları əsasən, pandemiya dövründə tədrisi düzgün təşkil etməyiblər. Qaydalarda əsas məqamdan biri o idi ki, tədris prosesi zamanı şagird müəllim və texniki işçidə temperatur olduqda tədris prosesindən uzaqlaşdırılmalıdır. Dərsi aparan müəllimlər, şagirdlər arasında yoluxma varsa, onlar ən azı 25-30 şagirdin ünsiyyətin nəzərə alaraq, həmin təhsil müəssisələri 14 gün ərzində onlayn dərsə keçməlidirlər.

Təəssüflər olsun k, bu gün özəl məktəblərdə yoluxma halları müşahidə edilsə də, bir çox halda qapanmalara getmirlər. Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya dövründə təhsilin təşkili qaydaları hüquqi formatından asılı olmayaraq bütün təhsil müəssisələrinə aiddir. Burada təhsil verən hər bir şəxs bu qaydalara riayət etməlidir.

Birmənalı şəkildə koronavirusa yoluxmuş şəxslər tədris prosesində iştirak edə bilməzlər. Bu, Nazirlər Kabinetinin qərarının pozulması deyil, ciddi hüquq pozuntusudur. Bununla bağlı müvafiq tədbirlər görülə bilər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu