Koronavirusa yoluxmuş şagirdi olan “Baku-Oxford School” fəaliyyətini dayandırmaq istəmir
Xəbər verdiyimiz kimi, bu gün Bakı şəhərdində bir neçə məktəbdə şagirdlər arasında koronavirusa yoluxma halı aşkarlanıb. Həmin məktəblərdən biri də "Baku-Oxford School”dur.
Məktəbin doqquzuncu sinif şagirdi koronavirusa yoluxsa da, dərslər hələ də davam etdirilir.
Bu isə valideynlərin narazılığına səbəb olub.
Qeyd edək ki, belə bir vəziyyətdə yoluxmanın uşaqlar arasında artmasının qarşısını almaq üçün məktəbi bağlamaq daha məqsədəuyğun sayılır.(oxu.az)