Peşə təhsilli şəxslərə yeni hüquq verilməsini nəzərdə tutan layihə I oxunuşda təsdiqlənib


Milli Məclisin bu gün keçirilən plenar iclasında "Peşə təhsili haqqında" qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.


"Report"un xəbərinə görə, dəyişikliklə qanuna yeni bənd əlavə olunur.

Yeni bəndə əsasən, yüksək texniki peşə təhsili səviyyəsi üzrə peşə təhsili haqqında dövlət sənədi ali təhsil müəssisəsinə daxil olmaq hüququ yaradır və növbəti təhsil pilləsində ali təhsil almaq üçün əsas sayılacaq.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu