Peşə məktəblərində kredit sistemi təşkil olunacaq


Milli Məclisin bu gün keçirilən plenar iclasında "Təhsil haqqında" qanuna dəyişiklik layihəsi II oxunuşda müzakirəyə çıxarılıb.


Dəyişikliklə peşə təhsili müəssisələrində yüksək texniki peşə təhsili səviyyəsi üzrə tədris müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada kredit sistemi ilə təşkil olunacaq.

Peşə təhsilini başa vuran məzunlara müvafiq qaydada təhsil haqqında dövlət sənədi – diplom və ya sertifikat verilir.

Qanuna dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq II oxunuşda qəbul edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu