Tiflis teleqülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb


Gürcüstanın paytaxtı Tiflis şəhərində Mtatsminda dağında yerləşən televizya qülləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.


Şəhərin əsas simvollarından biri olan teleqüllə 18 oktyabr - Azərbaycanın Müstəqilliyinin Bərpasının 30-cu ildönümü ilə əlaqədar göy, qırmızı və yaşıl rənglərdə işıq saçır.

İşıqlandırma Tiflis meriyası tərəfindən həyata keçirilib.

Qeyd edək ki, Tiflis teleqülləsi bu il artıq ikinci dəfədir Azərbaycan bayrağının rənglərinə boyanıb. Teleqüllə ilk dəfə 28 May – Respublika Günündə üçrəngli bayrağımızın rəngləri ilə işıqlandırılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu