Azərbaycan Cümhuriyətinin 101-ci ildönümü münasibəti ilə İstanbul Azərbaycan bayrağının rənglərinə bürünəcək




Azərbaycan Cümhuriyətinin 101-ci ildönümü münasibəti ilə 27-28 may tarixlərində İstanbul şəhərindəki Fatih Sultan Mehmet, 15 Temmuz (iyul) Şehitler və Yavuz Sultan Selim körpüləri Azərbaycan Respublikasının dövlət bayrağının rəngləri ilə işıqlandırılacaqdır.



Azərbaycanın İstanbuldakı Baş Konsulluğundan verilən məlumata görə, bu təşəbbüs diplomatik korpusun təklifi əsasında baş tutur. "Baş Konsulluğun təşəbbüsünü dəstəklədikləri üçün İstanbul Valiliyi və Karayolları Genel Müdürlüyünə təşəkkürümüzü bildiririk" deyə Konsulluğun rəsmi internet səhfəsində yazıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu