Avropa ölkələri İstanbuldakı konsulluqlarını bağlayır - Terror təhlükəsi


Almaniyanın İstanbuldakı Baş Konsulluğu "təhlükəsizliklə bağlı narahatlıqlar" səbəbiylə bir günlük bağlı olacağını açıqlayıb.


AFN.az xəbər verir ki, Niderland Krallığı və Böyük Britaniyadan sonra Almaniya da İstanbuldakı Baş Konsulluğunu bağladığını bildirib. Bu barədə konsulluğun sosial media hesabından yaydığı paylaşımda qeyd edilib: “Baş konsulluğumuz təhlükəsizlik səbəbi ilə bu gün (1 fevral) bağlanacaq. Viza və pasport prosedurları üçün görüşlər ləğv ediləcək. Anlayışınız üçün təşəkkür edirik”-deyə məlumatda bildirilir.
Qeyd edək ki, İstanbul şəhərinin Beyoğlu rayonunda yerləşən Niderland Baş Konsulluğu mümkün etiraz nümayişləri və Qərb hədəflərinə artan təhlükə səbəbiylə müvəqqəti olaraq müraciət edənlər üçün bağlanıb. Baş Konsulluğun bu qərarı yanvarən 30-da elan edilib.
Britaniya konsulluğunun məlumatında isə ingilis vətəndaşlarının 2022-ci ildə Türkiyəyə 3 milyon 330 mindən çox səfər etdiyi deyilir. Məlumatda bu səfərlərin çoxunun problemsiz keçdiyi qeyd edilir: “Xüsusilə də böyük şəhərlərdə olan Qərb ölkələrinin vətəndaşlarının hücumların hədəfinə çevrilməsi və ya hücumlara məruz qalma ehtimalı var.Hazırda İstanbulda kilsələrə, sinaqoqlara, səfirliklərə, konsulluqlara və Qərbin tez-tez rastlaşdığı digər yerlərə terror hücumu təhlükəsi artıb. Britaniyanın İstanbuldakı Baş Konsulluğu da ehtiyat tədbiri olaraq hazırda ictimaiyyətə açıq deyil. Vətəndaşlarımıza diqqətli olmağı və yerli təhlükəsizlik işçilərinin tövsiyələrinə əməl etməyi, mediada gedən xəbərləri izləməyi və cari xəbərdarlıqlara əməl etməyi tövsiyə edirik”-deyə məlumatda vurğulanır.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu