DİN şəhid xanımının öldüyü qəzanın təfərrüatını açıqlayıb


Daxili İşlər Nazirliyi (DİN) Kürdəmir rayonunda baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.


DİN-in Mətbuat Xidmətindən AFN-ə verilən xəbərə görə, oktyabrın 21-də saat 14 radələrində Kürdəmir rayonunun Şüşün kəndi ərazisində Bakı şəhər sakini Günel Ələsgərova (şəhid Rəhim Hüseynovun həyat yoldaşı) idarə etdiyi “Ford” markalı avtomobili aşırıb.

Nəticədə özü və sərnişini Emin Tağıyev hadisə yerində ölüblər.

Kürdəmir Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu