Vətən müharibəsinin bir qrup iştirakçısı ehtiyata buraxılıb


Dövlət Sərhəd Xidmətinin (DSX) Vətən müharibəsinin iştirak­çısı olmuş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçu­larının Silahlı Qüvvələrin ehtiyatına buraxılması münasibətilə “Horadiz” sərhəd dəstəsində təntənəli tədbir keçirilib.


Bu barədə DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Tədbirdə DSX rəisinin müavini general-leytenant Abbas Xəlilov çıxış edərək hər bir sərhədçinin Azərbaycan Prezi­den­ti, milli dövlətçilik tariximizin ən böyük sərkər­dəsi İlham Əliyevin Müzəffər Ali Baş Koman­danlığı altında müqəddəs savaşın qalib əsgəri olması, bütövləşmiş ölkəmizin dövlət sərhədlərində vüqarla dalğalanan üçrəngli bayrağımız altında şərəflə xidmət apar­ması ilə qürur duymasını vurğulayıb.

DSX sıralarında hərbi xidmətlərini layiqincə başa vuraraq Azərbaycan Res­publikasının Silahlı Qüvvələrinin ehtiyatına buraxılan çavuş və əsgərlərin Vətən müharibəsində böyük qəhrəmanlıqla vuruşmaları, onların döyüş məharəti, vətənpərvərliyi və mübarizliyi nəticəsində Böyük Qələbənin əldə olunmasında Azərbaycan sərhədçilərinin xüsusi rolunun ən ali səviyyədə dəyərləndirilməsi qeyd olunub, dövləti maraqlarımızı layiqincə müdafiə edən övladlar yetişdirdiklərinə görə onların valideynlərinə minnətdarlıq bildirilib.

Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda gedən döyüşlərdə canlarını fəda edə­rək xalqımıza qələbə sevincini yaşatmış şəhidlərimizin əbədi ehtiramla yad ediləcəyi, onların qəhrəmanlıq mirasının gələcək nəsillər üçün hər zaman örnək olacağı vurğulan­ıb.

Tədbir çərçivəsində Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstə­rə­­rək torpaqlarımızın azad olunmasında fərqləndiklərinə görə Azərbay­can Pre­zi­denti, Silahlı Qüvvələrin Ali Baş Ko­mandanı İlham Əliyev tərəfin­dən təltif edil­miş sərhədçilərə medallar təqdim olun­ub.

Tədbirin sonunda tərxis edilən hərbi qulluqçularla xatirə fotoşəkilləri çə­kil­miş və şəxsi heyət xüsusi ayrılmış avtobuslarla yaşadıqları bölgələrə yola salınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu