DSX: “Harop” PUA-ları və AN-2 təyyarələri müharibədə düşmənə ciddi zərbələr vurdu


Fevral ayının 18-də Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizə­si­nin yara­dıl­masının 16-cı ildö­nümü münasibətilə tədbir keçiril­ib.



Bu barədə AFN-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Dövlət himninin səslənməsi ilə başlayan təntənəli tədbirdə Azərbay­can Prezi­den­ti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı İlham Əliyevin 18 fevral 2005-ci il­ tarixli sərəncamı əsa­sında Dövlət Sər­həd Xidmətinin Sahil Mühafizə­sinin yaradıl­ması ilə ölkəmizin dəniz sər­hədlərinin mühafizəsinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi, sər­həd sula­rında dövləti maraqlarımızın qorunması imkanla­rının genişlənməsi, də­niz sər­həd­lərinin mühafizəsi məsələ­lərinə daima ali diqqətin göstərilməsi sayəsində yüksək nəticələrin əldə olunması qeyd edilib.

DSX-nin Sahil Mühafizəsi üçün əlamətdar olan bu gü­nün Vətən Müharibəsində tarixi qələbənin təntənəsinin yaşandığı dövrə təsa­düf etməsi, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı İlham Əliyevin rəhbərliyi altında Və­­tən müharibəsinin Azərbay­canın Ermənistan üzərində par­laq qələ­bəsi ilə başa çatmasının DSX-nin bütün şəxsi heyəti tə­rə­findən böyük sevinc və qürur hissləri ilə qarşılanması vurğulanıb.

Vətən müharibəsində Azərbaycan Respubli­kasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Koman­danı İlham Əliyevin Dövlət Sər­həd Xid­mə­­tinin qarşısına qoyduğu döyüş tapşırıqlarının uğurla icra edilərək Ermə­nistanla dövlət sərhədinədək böyük bir ərazinin azad edilməsi, Ermə­nis­tanla döv­lət sərhədində strateji yüksəkliklərin ələ keçirilməsi, Füzuli, Cəbrayıl, Zən­gilan, Qubadlı rayonlarının, Hadrut qəsəbəsinin və Şuşa şəhərinin azad olun­ma­sında Azərbaycan sərhədçilərinin göstər­dikləri qəhrəmanlıqlar, “Ha­rop” və digər zərbəendirici pilotsuz uçuş aparatlarının, sərhəd aviasiyasının AN-2 təyyarələrinin Azərbaycan sərhədçiləri tərəfindən peşəkar tətbiqi nəticə­sin­də düşmənə ciddi döyüş itkilərinin vurulması böyük qürur hissi ilə qeyd olunub, işğaldan azad edilmiş dövlət sər­həd­lərimizin müdafiəsi və mü­hafi­zəsi üzrə zəruri infrastrukturun yaradıl­ması istiqamətində işlərin uğurla da­vam etdirilməsi bildirilib.

DSX rəisi general-polkovnik Elçin Quliyevin təbriki şəxsi heyətə çatdırılıb, böyük şərəf hissilə Azərbaycanın dövlət sərhədlərinin toxunulmazlığının keşiyində duran dənizçi sərhədçilərin bundan sonra da xid­məti tap­şırıqları ən yüksək səviyyədə icra edəcəklərinə əminlik ifadə olunub.

Tədbirdə xidməti-döyüş fəaliyyətində yüksək nəticələr əldə etmiş bir qrup hər­bi qulluq­çu təltif edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu