Tehran Mənsimov anım günündə şəhidin ailəsinə zəng vurdu - VİDEO


Bu gün Vətən müharibəsi şəhidi, XTQ döyüşçüsü Babək Mahmudlunun anım günüdür.


“Qafqazinfo” xəbər verir ki, anım mərasimində rayon rəsmiləri, şəhidin ailə üzvləri iştirak edib. Qəhrəman şəhidimizin yaşadığı evin qarışında vurulan xatirə lövhəsinin açılışından sonra onun məzarı ziyarət olunub.

Şəhidimizin anım günündə Babəkin komandiri, polkovnik Tehran Mənsimov da telefon bağlantısı ilə onun valideynlərinə başsağlığı verib. Peşəkar snayperçinin rəşadətindən, igidliyindən geniş danışan polkovnik sonda “Hər kəs bilsin ki, Babək kişi oğlu kişi idi” deyib.

Qeyd edək ki, B.Mahmudlu 1995-ci il noyabrın 27-də Biləsuvar şəhərində anadan olub, ailənin yeganə oğul övladı olub. Naxçıvan Muxtar Respublikasının Xüsusi Təyinatlı Qüvvələrində xidmət üçün imtahanlardan uğurla keçərək müddətdən artıq hərbi qulluqçu kimi vətənə ximətini davam etdirib. Naxçıvandan döyüş meydanına könüllü olaraq yollanan Babəkin Cəbrayıldan başlayan döyüş yolu Zəngilana, Qubadlıyadək uzanıb. O, Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

B.Mahmudlu “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

[media=https://www.youtube.com/watch?v=frx884CFUcM&t=10s]










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu