"Qalatasaray" 3 futbolçusu ilə müqaviləni uzadıb


Türkiyə "Qalatasaray"ı 3 futbolçusu ilə yeni müqavilə imzalayıb.


Klubun rəsmi saytında verilən məlumata görə, İstanbul klubu yarımmüdafiəçi Taylan Antalyalı, müdafiəçi Kristian Luyindama və qapıçı İsmail Çipe ilə sözləşməsinin müddətini uzadıb.

Anlaşmaya əsasən, Antalyalı 2026-cı ilin, Luyindama 2024-cü ilin, Çipe isə 2023-cü ilin yayınadək "sarı-qırmızılı" formanı geyinəcək.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu