“Qalatasaray”da ciddi itkilər – Falkao, Luyindama...
“Qalatasaray” Superliqanın 7-ci turunda səfərdə “Gənclərbirliyi” ilə oyuna ciddi itkilərlə yollanacaq.
Qol.az-ın “sarı-qırmızılı” klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda PSJ ilə oyunda (0:1) zədələnən Kristian Luyindama, Radamel Falkao və daha öncədən zədəsi olan Mario Lemina heyətə daxil edilməyib.
Qeyd edək ki, “Gənclərbirliyi” – “Qalatasaray” oyunu sabah Bakı vaxtı ilə 21:00-da start götürəcək.