"Qalatasaray"ın biletləri 2 saata satıldı


Superliqada çempionluq uğrunda mübarizə aparan "Qalatasaray" azarkeşləri növbəti mövsümün kombinasiyalarına böyük maraq göstərib.


AFN.az xəbər evrir ki, pillə-pillə çempionluğa doğru gedən "Qalatasaray"ın satışa çıxartdığı gələn mövsümün kombinə biletləri cəmi 2 saat ərzində satılıb qurtarıb.

Bu səhər satışa çıxarılan biletlərin belə tez bitməsinə cavab olaraq sarı-qırmızılılar klubun sosial media hesabında göstərdikləri sıx maraq üçün azarkeşlərə təşəkkür edilib.

Həmçinin Superliqanın 35-ci turunda mayın 20-də saat 19.00-da baş tutacaq "Qalatasaray" - "Sivasspor" matçının biletləri satışa çıxarılıb.

Sarı-qırmızılı klubun saytında yer alan açıqlamada "GS Logo passolig" kartı olan azarkeşlərin biletləri ala biləcəyi açıqlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu