11 yaşlı qızın qardaşı da sığınacağa yerləşdirildi


İmişlidə zorakılığa məruz qalaraq uşaq dünyaya gətirən 11 yaşlı uşağın qardaşı da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib.


Bu barədə Agentlik məlumat yayıb.

Azyaşlı Sosial Xidmətlər Agentliyi ilə aidiyyəti dövlət orqanları və İmişli Rayon İcra Hakimiyyətinin birgə əməkdaşlığı çərçivəsində, sığınacağa yerləşdirmə qaydalarına uyğun olaraq müəssisəyə gətirilib. Onun da psixo-sosial vəziyyəti qiymətləndirildikdən sonra reabilitasiyası istiqamətində fəaliyyətə başlanılacaq.

Qeyd edək ki, İmişlidə hamilə qalıb uşaq dünyaya gətirən 11 yaşlı zərərçəkmiş qız və anası da iki gün əvvəl Sosial Xidmətlər Agentliyinin sığınacağına yerləşdirilmişdi. Müəssisədə onlara ixtisaslı mütəxəssislər tərəfindən müvafiq sosial-psixoloji reabilitasiya proqramı əsasında yardım göstəriləcəyi bildirilirdi.

Məlumat üçün bildirək ki, Baş Prokurorluğun noyabrın 2-si yaydığı məlumata əsasən, azyaşlını zorlama faktı üzrə atalığı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu