11 yaşında ana olan qızın vəziyyəti necədir?


Sosial Xidmətlər Agentliyi İmişlidə atalığı tərəfindən zorlanan və hamilə qalan 11 yaşlı qız və Şamaxıdan gətirilən azyaşlıların vəziyyətini açıqlayıb.


AFN.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov bildirib.

O qeyd edib ki, azyaşlılar sosial xidmət mərkəzinə yerləşdiriliblər və hazırda onların cəmiyyətə adaptasiya olunması ilə bağlı iş aparılır: "Hazırda 11 yaşlı qız digər uşaqlarla bərabər məktəbə gedir. Şamaxıdan gətirilən uşaqlarla əməkdaşlarımız işləyir. Onlara müəssisədə sosial və reabilitasiya üçün bütün xidmətlər göstəriləcək. Gələcəkdə biz qiymətləndirmələr aparacağıq ki, ailələr belə vəziyyətə düşməmişdən qabaq qabaqlayıcı tədbirlər görülsün”.

Xatırladaq ki, İmişli rayonunda 11 yaşlı ögey qızını zorlamaqda ittiham edilən atalığı 1978-ci il təvəllüdlü S.C həbs edilmiş, azyaşlı isə sığınacaq və sosial reabilitasiya müəssisəsinə yerləşdirilmişdi. Övlad dünyaya gətirən qızın bir müddət sonra uşağı ölmüşdü.

Şamaxının İkinci Çaylı kəndindəki beş azyaşlı uşaq isə baxımsız vəziyyətdə olduğundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin eyni müəssisəsinə qoyulmuşdu.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu