Müasir İncəsənət Muzeyindən Xəyyam Abdinovla bağlı açıqlama


Müasir İncəsənət Muzeyinin yeni direktoru Rövlan Əliyev sabiq direktor Xəyyam Abdinovun həbsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.


"Qafqazinfo"ya açıqlamasında R. Əliyev bildirib ki, Xəyyam Abdinov uzun muddətdir Muzeydə çalışmır və o, direktor vəzifəsindən azad olunub: “Xəyyam Abdinovun həbsi ilə bağlı məsələlərin Müasir İncəsənət Muzeyi ilə hər hansı bir əlaqəsi yoxdur”.

Xatırladaq ki, bu gün yayılan məlumata görə, Müasir İncəsənət Muzeyinin eks-direktoru Xəyyam Abdinov DTX tərəfindən saxlanılıb. Xəyyam Abdinovun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu