AMEA Elm Tarixi İnstitutu Zəfər Gününə həsr edilən “Xalqımızın Zəfər Tarixi” mövzusunda elmi seminar keçirib
8 noyabr 2021-ci il tarixdə Şuşa şəhərinin azad edilməsi tariximizə Zəfər Günü kimi əlamətdar bir günün yazılmasına səbəb oldu. Məhz hər il 8 noyabr günü qələbə günü, zəfər günü kimi tariximizin təqvimində öz yerini tutacaqdır. Azərbaycan alimləri də 44 günlük müharibə dövründə virtual aləmdə mübarizə ilə yanaşı, ön cəhbədə düşmənə qarşı savaşda iştirak etmişdir. Bu günün gələcək tarixdə qalmasında alimlərimizin rolu çox böyükdür.
AMEA Elm Tarixi İnstitutunun İctimaiyyətlə Əlaqələr şöbəsindən AFN-ə verilən məlumata görə, bu gün Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutu tərəfindən 44 günlük Zəfər qələbəsininin qeyd edilməsi məqsədilə Xalqımızın Zəfər Tarixi” mövzusunda elmi seminar keçirilib. Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, t.ü.e.d.,professor Məryəm Seyidbəyli çıxışında qeyd edib ki, “müasir tariximizin ən şərəfli səhifəsi olan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qazandığı parlaq zəfərlər, şanlı qələbələr tariximizin səhifələrinə qızıl hərflərlə həkk olundu. Öz haqqı uğrunda əvvəldən axıra kimi ləyaqətlə, inamla mübarizə aparan, bu müharibədən qalib çıxan Azərbaycan 8 noyabr 2020-ci il Azərbaycan tarixinin şanlı səhifəsinə qələbə günü kimi qızıl hərflərlə yazıldı. Məhz həmin gün Ali Baş komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusunun 44 günlük Vətən müharibəsində möhtəşəm qələbəsi təmin olundu”.
Tədbirdə qonaq qisimində çıxış edən, Qarabağ müharibəsinin qazisi, tarixçi-jurnalist, şair Emin Piri döyüş xatirələri və qələbənin Azərbaycan tarixində mühüm rol oyanamasını bildirdi. Natiq xüsusilə qeyd etdi ki, bu gün biz Zəfər gününü təntənə ilə qeyd edirik və əminik ki, gələcək nəsillər də bu zəfər gününü qeyd edəcəklər. Elmi seminarda İnstitutun əməkdaşları t.üf.d. Bayram Quliyev, t.ü.f.d., dosent Ziyad Əmrahov, i.ü.f.d., Fail Kazımov, Aynur Nəzərova-Xubanova çıxış edərək Zəfər Gününün əhəmiyyəti və Azərbaycan xalqının əzmkarlığı sayəsində qazanılan qələbənin mühüm bir tarixi hadisə olduğunu qeyd ediblər.