Zəfər Günü Bakıda yürüş keçiriləcək


Azərbaycanın Qarabağda qazandığı böyük qələbənin birinci ildönümü, 8 Noyabr- Zəfər Günü münasibətilə Bakıda yürüş keçiriləcək.


AFN Report-a istinadən xəbər verir ki, aksiya noyabrın 8-də Azneft dairəsindən başlayacaq və Hərbi Qənimətlər Parkında yekunlaşacaq.

Artıq Bakıda Zəfər Günü ilə bağlı hazırlıqlar başlayıb. Paytaxtın küçə və prospektləri, binaların eyvanları bayraqlarla bəzədilir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu