Xarici investorların yerli maliyyə bazarına çıxış imkanları müzakirə edilib


Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Maliyyə bazarlarının inkişafı və kreditlərin əlçatanlığı işçi qrupunun “Webex” onlayn platforması vasitəsilə növbəti iclası keçirilib.


Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

Məlumatda deyilir ki, qlobal pandemiya statusu olan COVID-19 virusu ilə əlaqədar onlayn platforma üzərindən təşkil edilən iclasda İşçi Qrupunun 2022-ci il üzrə Fəaliyyət Planı, startaplar üçün vergi güzəştlərinin optimallaşdırılması imkanları, vençur və kraudfanding mexanizmlərinin hüquqi çərçivəsinin və onlara zəmanət mexanizmlərinin formalaşdırılması və xarici investorların yerli maliyyə bazarına çıxış imkanlarının artırılması üzrə işlərin aparılmasına dair birgə müzakirələr aparılıb.

Qarşılıqlı müzakirələr formatında keçən görüşün sonunda, iclas ərzində vurğulanan məsələlərə dair məqbul hesab edilən təkliflərin ümumiləşdirilərək işçi qrupu vasitəsilə dövlət-biznes dialoqu çərçivəsində Komissiyanın Katibliyinə təqdim edilməsi qərara alınıb.

İclasa AMB-nin, Ədliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin, Dövlət Neft Fondunun (ARDNF), İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin, "Azərbaycan Banklar Assosiasiyası" İctimai Birliyinin, İsveçrənin Azərbaycan Respublikası və Türkmənistandakı səfirliyinin, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin, “Access Bank” QSC-nin, “Para" ASC bank olmayan kredit təşkilatının (BOKT) ümayəndələri qatılıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu