Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə İşçi qrupunun iclası keçirilib




Energetika Nazirliyində elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə aparılmış islahatlarla bağlı İşçi qrupunun növbəti iclası keçirilib.



Nazirliyin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, iclasda biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə sahibkarlıq subyektlərinin elektrik təchizatı şəbəkələrinə qoşulması sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üçün “İcra və Kommunikasiya Planı”nda sentyabr ayı üzrə nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə məlumat verilib. “Azərişıq” ASC-nin “Elektron Müraciətlərin İdarə Olunması Sistemi” (MİOS) vasitəsi ilə edilmiş müraciətlər üzrə statistik göstəricilər nəzərdən keçirilib, elektrik şəbəkəsinə qoşulma prosesinin həyata keçirilməsi zamanı qarşıya çıxan problemlər və onların həlli yolları ilə bağlı müzakirələr aparılıb.

Tədbirdə həmçinin işçi qrupunun üzvlərinə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın internet portalı (“azranking.az”) və “Rəqəmsal Təqvim” elektron sistemi barədə ətraflı məlumat verilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 27 avqust tarixli Sərəncamı ilə “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya” haqqında Əsasnamə təsdiq edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu