Biznesə başlama üzrə İcra və Kommunikasiya Planı müzakirə olunub




İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması” üzrə biznesə başlama sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üzrə İcra və Kommunikasiya Planın müzakirəsi həyata keçirilib.

AFN xəbər verir ki, İİTKM-in icraçı direktoru Vüsal Qasımlı bildirib ki, plan üzrə yeni rəqəmsal elektron qeydiyyat sisteminin beynəlxalq və yerli səviyyədə tanıdılması, elektron qeydiyyat sisteminin təkmilləşdirilməsi və imkanlarının genişləndirilməsi üzrə işlər 2019-cu ilin ikinci yarımilində də davam etdiriləcək. Müzakirə zamanı həmçinin qeyd olunub ki, sahibkarlıq subyektləri ilə iş Planın prioritet istiqamətlərindəndir. Belə ki, 2019-cu ilin birinci yarımilliyində yeni elektron sistem üzrə sahibkarlıq subyektləri üçün aparılan təlim/görüşlərin nəticələri təhlil olunacaq. Bu sahədə məlumatların daha uyğun formada operativ çatdırılması və kommunikasiyanın daha da təkmilləşdirilməsi məqsədilə təkliflərin hazırlanaraq Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinə təqdim olunacaq. Həmçinin biznesə başlama sahəsində aparılmış islahatlar barədə sahibkarlıq subyektlərinin daha geniş məlumatlandırılması üçün onları təmsil edən ictimai birliklər/biznes assosiasiyalarının və müvafiq koordinatorların siyahısı hazırlanacaq. Görülən işlərlə bağlı aparıcı konsaltinq şirkətləri, beynəlxalq və yerli qeyri-hökumət təşkilatları və aparıcı kütləvi informasiya vasitələri, eləcə də digər media qurumları ilə intensiv əməkdaşlıq ediləcək. Qeyd edək ki, “Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması” üzrə biznesə başlama sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üzrə İcra və Kommunikasiya Planının icrasında İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Statistika Komitəsi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Auditorlar Palatası, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, “KPMG Azerbaijan Ltd”, “Ekvita” “Ernst & Young Azerbaijan”, “PricewaterhouseCoopers Azerbaijan”, “BM Morrison Partners”, “Dentons Azerbaijan”, "Bakı Hüquq Mərkəzi" nin nümayəndələri iştirak edir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu