Hövsanda yerüstü piyada keçidinin pəncərələri oğurlanıb


Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Hövsan qəsəbəsi ərazisindəki yerüstü piyada keçidinin pəncərələrini və çərçivə dayaqlarını oğurlamaqda, həmçinin rayon ərazisindəki bir evdən 2560 manat dəyərində inşaat materialları oğurlamaqda şübhəli bilinən Ağsu rayon sakini R.Məmmədov saxlanılıb.


Daxili İşlər Nazirliyindən AFN-ə verilən məlumata görə, şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu