"Qarabağ Dirçəliş Fonduna 100 milyonlarla vəsait toplanıb"
![](/uploads/posts/2021-11/1636968212_db9fea5b-c5c6-3ed9-a881-2274d24b741c_850.jpg)
"İndiyədək Qarabağ Dirçəliş Fonduna 100 milyonlarla vəsait toplanıb".
Bunu Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev Bakıda keçirilən 25-ci Beynəlxalq Biznes Forumunda (International Business Forum – IBF) çıxışı zamanı deyib.
Onun sözlərinə görə, fond bu vəsaiti səmərəli istifadə etməyə çalışır: "Məqsədimiz mümkün qədər büdcədən kənar mənbələr hesabına vəsait toplamaqdır. Bizim vəsaitlər əsasən ianələr hesabına formalaşır. Artıq 4 böyük audit şirkətinin təkliflərini nəzər almışıq və tezliklə auditor təyin edəcəyik. Hansı ki, onlar bizə hər ilin sonunda audit məlumatları təqdim edəcəklər".