Gorus-Qafan yolunun Qubadlıdan keçən hissəsində vəziyyət - YENİ VİDEOKADRLAR
Gorus-Qafan yolunun Qubadlının Eyvazlı və Çayzəmi kəndləri arasından keçən hissəsində Azərbaycan tərəfinin noyabrın 11-dən etibarən sərhəd-gömrük nəzarəti tətbiq etməsindən sonra Ermənistan vətəndaşları və bu ölkəyə yük daşıyan İran TIR-ları hökumətin “alternativ yol” kimi təqdim etdiyi, mürəkkəb relyefli ərazilərdən keçən və bir hissəsi hələ də qrunt örtüklü dar yola yönəliblər. Hansı ki, bu yolla gediş-gəliş çətindir və ağırtonnajlı yük avtomobilləri bir çox hallarda qəzaya düşür.
Yolun Azərbaycanın nəzarətində olan 22 kilometrlik hissəsindən keçmək üçün isə İran TIR-ları tranzit yol vergisi ödəməlidir. Bir çox yükdaşıyanlar bu vergini verib keçir, bir çoxları isə Azərbaycan tərəfinə pul ödəməmək üçün alternativ yola istiqamət alır. Lakin ekspertlər deyirlər ki, alternativ yolun mürəkkəb dağlıq relyefdən keçməsi onun daimi işlək vəziyyətdə qalmasına imkan vermir və gələcəkdə də İran TIR-ları Azərbaycan tərəfinə vergi ödəyərək Eyvazlı-Çayzəmi hissəsindən keçməli olacaqlar. Yolun həmin hissəsində son vəziyyəti əks etdirən yeni videokadrları oxuculara təqdim edirik: