Gənc jurnalist xanım koronavirusdan vəfat etdi: hamilə imiş


Press.az saytının əməkdaşı Aygün Əlizadə koronavirusdan vəfat edib.


Aygün Əlizadə oktyabrın 30-da koronavirusa yoluxub. O, hamilə olduğu üçün virus əleyhinə iynə və dərmanlardan tam istifadə edə bilməyib.

Noyabrın 8-də onu Yevlax Rayon Xəstəxanasından təcili yardım avtomobili ilə 1 saylı Kliniki Tibbi Mərkəzə gətiriblər.

Xəstəxanaya daxil olduqda Aygün Əlizadənin vəziyyəti olduqca ağır qiymətləndirilib və o, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, köməkçi tənəffüs aparatına qoşulub.

Noyabrın 16-da 29 yaşlı Aygün Əlizadə doğulmamış körpəsi ilə birgə vəfat edib.

Qeyd edək ki, mərhumun beş yaşlı övladı qalıb.

Modern.az








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu