BDU Altay Dövlət Universiteti ilə əməkdaşlıq qurur


Bakı Dövlət Universiteti (BDU) ilə Altay Dövlət Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.


AFN xəbər verir ki, sənədi BDU-nun prorektoru Fərda İmanov və Altay Dövlət Universitetinin prorektoru imzalayıblar.

F.İmanovun sözlərinə görə, BDU artıq Moskva və Sankt-Peterburqun universitetləri ilə əlaqələr qurub, bundan əlavə, Barnaul Universiteti ilə əməkdaşlıq haqqında memorandumun imzalanması planlaşdırılır.

Bundan başqa, Bakı Dövlət Universitetində “Altay türklərin yurdudur” sərgisinin təntənəli açılışı baş tutub. Sərgini BDU və Altay Dövlət Universitetinin dəstəyi ilə Bakıdakı Rusiya evi təşkil edib.

Sərgidə Altay fotoqraflarının çəkdikləri şəkillər nümayiş olunur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu