Türkiyə Respublikası Ali Təhsil Şurasının nümayəndə heyəti ATU-da olub


Ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ali Təhsil Şurasının sədri Erol Özvarın rəhbərlik etdiyi nümayəndə heyəti və Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Azərbaycan Tibb Universitetinin qonağı olublar.


Universitetin mətbuat xidmətindən AFN-ə verilən məlumata görə, ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonaqlara universitetin tarixi, fəaliyyəti, beynəlxalq standartlara əsasən qurulan təhsil və tədris prosesi, həyata keçirilən islahatlar barəsində məlumat verib. Qeyd edib ki, beynəlxalq əlaqələrin genişləndirilməsi ATU-nun hazırkı fəaliyyətində önəmli istiqamətlərdən birini təşkil edir və bu yöndə qardaş Türkiyənin universitetləri ilə güclü əməkdaşlıq əlaqələri qurulub. Rektor bu münasibətlərin daha da gücləndirilməsi sahəsində fəaliyyətin davam etdiriləcəyini bildirib.

Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev Türkiyə Respublikası Ali Təhsil Şurasının rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfərini Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əlaqələrin genişlənməsinə müsbət töhfə verəcəyinə əminliyini ifadə edib.

Ali Təhsil Şurasının sədri Erol Özvar, öz növbəsində, iki qardaş ölkə arasındakı sıx dostluq münasibətlərinin təhsil sahəsində də əks olunduğunu qeyd edib. Görüş zamanı ali təhsil sahəsində mövcud əməkdaşlıq və gələcək layihələr haqqında fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlara ATU-dakı auditoriyalar və laboratoriyalar, universitetin klinikaları nümayiş etdirilib, nümayəndə heyəti tələbələrin təhsili və uğurlu praktikası üçün yaradılan şəraitlə tanış olub.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu